Xırdalanda Birinci Qarabağ müharibəsinin şəhidi Rövşən Əliyev dəfn edilib – FOTO - Yenilənib

Xırdalanda Birinci Qarabağ müharibəsinin şəhidi Rövşən Əliyev dəfn edilib – FOTO - Yenilənib backend

Tərtər şəhərindəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Rövşən Məcid oğlu Əliyevlə Xırdalan şəhərində keçirilən vida mərasimi başa çatıb.

"Report"un yerli bürosunun məlumatına görə, şəhidin nəşi Xırdalan qəbiristanlığında dəfn olunub.

Dəfn mərasimində şəhidin doğmaları, Abşeron Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri, rayon hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

 

*****

11:16

Tərtər şəhərindəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Rövşən Məcid oğlu Əliyevin meyitinin qalıqları Xırdalan şəhərinə gətirilib.

“Report”un yerli bürosunun məlumatına görə, şəhidin nəşi Xırdalan şəhərində ailəsinə təhvil verilib.

Hazırda şəhidlə vida mərasimi keçirilir.

Qeyd edək ki, Rövşən Məcid oğlu Əliyev 1973-cü il martın 20-də Xırdalanda anadan olub. O, 1992-ci il noyabrın 11-də Laçın rayonunun Təzəkənd kəndində itkin düşüb.

R.Əliyev Xırdalan qəbiristanlığında dəfn olunacaq.

Diaspora