Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Gülüstan sarayında Böyük Qayıdışa həsr olunmuş fotosərgi təşkil edib.
Qaziler.az bu barədə dövlət komitəsinə istinadla xəbər verir.
Qeyd olunub ki, sərgidə, Böyük Qayıdışa dair I Dövlət Proqramının Tədbirlər Planına əsasən, məcburi köçkünlərin yeni salınmış yaşayış məntəqələrinə geri qayıdışı üçün aparılan məlumatlandırma, təbliğat-izahat və təşviqat işləri çərçivəsində işğaldan azad edilmiş ərazilərə səfərləri zamanı ölkəmizin tanınmış foto ustalarının çəkdikləri şəkillər nümayiş olunub.
Fotoşəkillər Prezident İlham Əliyevin tapşırığı ilə müvafiq Dövlət Proqramının icrası üzrə Qarabağa və Şərqi Zəngəzurda həyata keçirilən bərpa-quruculuq işlərini, keçmiş məcburi köçkünlərin həmin ərazilərdə dayanıqlı məskunlaşması və iqtisadi fəaliyyətə inteqrasiyası üçün yaradılan şəraiti, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu kateqoriyadan olan şəxslərə göstərdiyi diqqət və qayğını, Böyük Qayıdışın ilkin nəticələrini, dövlətimizin başçısının işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən tədbirlərdə iştirakını işıqlandırır.
Sərgiyə 600 nəfərdən çox ziyarətçi tamaşa edib.