Siyəzəndə Birinci Qarabağ müharibəsinin şəhidi Rüfət Cabbarov dəfn edilib - FOTO - Yenilənib

Siyəzəndə Birinci Qarabağ müharibəsinin şəhidi Rüfət Cabbarov dəfn edilib - FOTO - Yenilənib backend

Tərtər şəhərindəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Rüfət Məmmədhüseyn oğlu Cabbarovla Siyəzən rayonunun Dağ Quşçu kəndində keçirilən vida mərasimi başa çatıb.

"Report"un Şimal bürosunun məlumatına görə, şəhidin nəşi Dağ Quşçu kənd qəbiristanlığında dəfn olunub.

Dəfn mərasimində şəhidin doğmaları, Siyəzən Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri, rayon hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

 

*****

14:29

Tərtər şəhərindəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Rüfət Məmmədhüseyn oğlu Cabbarovun meyitinin qalıqları Siyəzən rayonuna gətirilib.

“Report”un Şimal bürosunun məlumatına görə, şəhidin nəşi Siyəzən rayonunun Dağ Quşçu kəndində ailəsinə təhvil verilib.

Hazırda şəhidlə vida mərasimi keçirilir.

Qeyd edək ki, Cabbarov Rüfət Məmmədhüseyn oğlu 1971-ci il iyunun 10-da Siyəzən rayonunun Dağ Quşçu kəndində anadan olub. O, 1992-ci il oktyabrın 4-də Ağdərə Çıldıran kəndində itkin düşüb.

R.Cabbarov Dağ Quşçu kənd qəbiristanlığında dəfn olunacaq.

Diaspora