Xaçmazda Birinci Qarabağ müharibəsinin şəhidi Zakir Muradov dəfn edilib – FOTO - Yenilənib

Xaçmazda Birinci Qarabağ müharibəsinin şəhidi Zakir Muradov dəfn edilib – FOTO - Yenilənib backend

Tərtər şəhərindəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Zakir Minad oğlu Muradovla Xaçmaz rayonunun Yeni Sudur kəndində keçirilən vida mərasimi başa çatıb.

"Report"un Şimal bürosunun məlumatına görə, şəhidin nəşi Yeni Sudur kənd qəbiristanlığında dəfn olunub.

Dəfn mərasimində şəhidin doğmaları, Xaçmaz Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri, rayon hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

 

*****

15:05

Tərtər şəhərindəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Zakir Minad oğlu Muradovun meyitinin qalıqları Xaçmaz rayonuna gətirilib.

“Report”un Şimal bürosunun məlumatına görə, şəhidin nəşi Xaçmaz rayonunun Yeni Sudur kəndində ailəsinə təhvil verilib.

Hazırda şəhidlə vida mərasimi keçirilir.

Qeyd edək ki, Zakir Minad oğlu Muradov 1971-ci il aprelin 25-də Xaçmaz rayonunun Yeni Sudur kəndində anadan olub. O, 1992-ci il noyabrın 9-da Ağdərə rayonunda itkin düşüb.

Z.Muradov Yeni Sudur kənd qəbiristanlığında dəfn olunacaq.

Diaspora