Xaçmazda Birinci Qarabağ müharibəsinin şəhidi Osman Rəcəbov dəfn edilib –

Xaçmazda Birinci Qarabağ müharibəsinin şəhidi Osman Rəcəbov dəfn edilib – backend

Tərtər şəhərindəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Osman Xəlifə oğlu Rəcəbovla Xaçmaz rayonunun Maqsudkənd kəndində keçirilən vida mərasimi başa çatıb.

"Report"un Şimal bürosunun məlumatına görə, şəhidin nəşi Maqsudkənd kənd qəbiristanlığında dəfn olunub.

Dəfn mərasimində şəhidin doğmaları, Xaçmaz Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri, rayon hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

 

*****

16:29

Tərtər şəhərindəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Osman Xəlifə oğlu Rəcəbovun meyitinin qalıqları Xaçmaz rayonuna gətirilib.

“Report”un Şimal bürosunun məlumatına görə, şəhidin nəşi Xaçmaz rayonunun Maqsudkənd kəndində ailəsinə təhvil verilib.

Hazırda şəhidlə vida mərasimi keçirilir.

Qeyd edək ki, Osman Xəlifə oğlu Rəcəbov 1969-cu il martın 1-də Xaçmaz rayonunun Maqsudkənd kəndində anadan olub. O, 1992-ci il noyabrın 17-də Ağdərə rayonunun Qozlu kəndində itkin düşüb.

O.Rəcəbov Maqsudkənd kənd qəbiristanlığında dəfn olunacaq.

Diaspora