Sosial xidmət müəssisələrindən valideyn himayəsindən məhrum olmuş, həmçinin əlilliyi müəyyən edilmiş uşağın övladlığa götürülməsinə görə aylıq sosial ödəniş 600 manat olmaqla, onu övladlığa götürən şəxsə bu ödənişlə bərabər, uşağa əlilliyinə və ona qulluğa görə təyin edilmiş bütün aylıq ödənişlər də verilir.
Qaziler.az bildirir ki, bu haqda məlumatı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yayıb.
Beləliklə bunlara daxildir:
• orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş uşağı övladlığa götürən şəxsə ümumilikdə aylıq 1170 manat, o cümlədən:
600 manat (övladlığagötürmə müavinəti)
270 manat (əlilliyə görə müavinət)
200 manat (əlilliyə görə təqaüd)
100 manat (əlilliyi olan uşağa qulluğa görə təqaüd) verilir.
• orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş uşağı övladlığa götürən şəxsə ümumilikdə aylıq 1270 manat, o cümlədən:
600 manat (övladlığagötürmə müavinəti)
270 manat (əlilliyə görə müavinət)
300 manat (əlilliyə görə təqaüd)
100 manat (əlilliyi olan uşağa qulluğa görə təqaüd) verilir.
• orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş uşağı övladlığa götürən şəxsə ümumilikdə aylıq 920 manat, o cümlədən:
600 manat (övladlığagötürmə müavinəti)
220 manat (əlilliyə görə müavinət)
100 manat (əlilliyi olan uşağa qulluğa görə təqaüd) verilir.
• orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş uşağı övladlığa götürən şəxsə ümumilikdə aylıq 850 manat, o cümlədən:
600 manat (övladlığagötürmə müavinəti)
150 manat (əlilliyə görə müavinət)
100 manat (əlilliyi olan uşağa qulluğa görə təqaüd) verilir.