Azərbaycan Prezidenti İlham Əliyev iyunun 4-də Bakı Enerji Həftəsi çərçivəsində “Masdar” şirkətinin ölkəmizdə inşa edəcəyi üç elektrik stansiyasının təməlqoyma mərasimində iştirak edib.
Bu barədə AZƏRTAC xəbər verir.
Azərbaycan Prezidenti İlham Əliyev və Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl Cabir tədbir çərçivəsində Neftçala, Biləsuvar Günəş elektrik stansiyalarının və Abşeron-Qaradağ Külək Elektrik Stansiyasının təməlini qoyublar.
Qeyd edək ki, üç elektrik stansiyasının ümumi qoyuluş gücü 1000 MVt olacaq. “Masdar” şirkəti Biləsuvarda (445 MVt) və Neftçalada (315 MVt) iki günəş elektrik stansiyası və Abşeron-Qaradağda isə 240 MVt gücündə bir külək elektrik stansiyası inşa edəcək.