Fəaliyyətini dayandıran Gəncə Kərpic Zavodu satışa çıxarılıb.
İqtisadiyyat.az xəbər verir ki, zavod 6 milyon manata satılır.
Qapalı hissəsi 5 hektar əraziyə malik olan zavodun həyətyanı sahəsi ümumilikdə 55 hektardır.
2008-ci ildən fəaliyyətə başlayan zavod qərb bölgəsini kərpiclə təmin edib. Lakin koronavirus pandemiyası dövründə zavod fəaliyyətini dayandırıb.