Türkiyə ilə Azərbaycan arasındakı dərin birliyi məhv etməyi hədəfləyənlər Qəzzaya dəstək bəhanəsi ilə hücuma keçiblər.
Bununla bağlı "Haber Global" süjet hazırlayıb.
Qeyd olunub ki, neftin Türkiyə üzərindən İsrailə satıldığı ilə bağlı böhtan atan terror təşkilatının tərəfdarları Türkiyənin İstanbul şəhərində yerləşən Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mərkəzinə hücum ediblər. Hücumçular pəncərələri sındırıb, qapıları yerindən çıxarmağa və hədə-qorxu gəlməyə çalışıblar. Qəzzaya dəstək adı ilə çıxış edən marjinal qrupların əsas hədəfi Azərbaycan-Türkiyə dostluğu olub.
"SOCAR-ın Türkiyə üzərindən neft satması ilə bağlı böhtan atan "Fələstin üçün min gənc" adlı qrup İstanbulda böyük təxribat törədib. Fələstinin tərəfdarı kimi çıxış edən bu qrup Qəzzanı bəhanə edərək, yalan və böhtanla Azərbaycanı ləkələməyə çalışır.
Nümayişləri təşkil edən struktura baxdıqda, onların əlaqələri tez bir zamanda üzə çıxır. Onların bir çoxunun İraq və Suriyada Türkiyəni hədəf alan terror təşkilatlarını açıq şəkildə dəstəklədikləri görünür. Bu da əsl hədəfin Qəzza olmadığını bir daha ortaya qoyur", - deyə materialda bildirilib. (oxu.az)
Daha ətraflı süjetdə: