Mübariz Qurbanlı Zərdabda vətəndaşları qəbul edəcək

Mübariz Qurbanlı Zərdabda vətəndaşları qəbul edəcək backend

Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin bölgələrdə vətəndaşları qəbulu davam edir.


Oktyabrın 27-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Zərdab şəhərindəki Heydər Əliyev Mərkəzində (ünvan: Zərdab şəhəri, Heydər Əliyev prospekti 1) saat 10.00-da Kürdəmir və Zərdab rayon sakinlərini qəbul edəcək.

Komitədən AZƏRTAC-a bildiriblər ki, qəbula gəlmək istəyən vətəndaşlar Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsinə müraciət edə bilərlər.

DQİDK-nın bölgə şöbə müdiri: Nizami Məmmədov. Telefon: (051) 977-37-70. E-mail:[email protected], www.scwra.gov.az