Qazilər birliyinin sədri "veteran pulu"ndan danışdı

Qazilər birliyinin sədri "veteran pulu"ndan danışdı backend

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli ARB-24-ün "İşgüzar səhər" verilişində Qarabağ müharibəsi veteranlarının aldığı Prezident təqaüdlərinin artırılması ilə bağlı verilən sualları cavablandırarkən qeyd edib ki, veteranlara verilən Prezident təqaüdlərinin artırılması (məsələn, 80 manatdan 160 manata qaldırılsa) dövlət büdcəsinə ziyan vurmaz.

Qaziler.az bildirir ki, bununla bağlı "Qarabağ qaziləri" ictimai birliyinin sədri Asəf Əliyev qeyd edib ki, birlik bu məsələni dəfələrlə qaldırıb, lakin indiyə qədər bunun heç bir nəticəsi yoxdur.

"Ümid edirik ki, hörmətli millət vəkili, iqtisadçı Əli Məsimli bu məsələni qaldırandan sonra yenidən müzakirəyə çıxarılacaq və nəsə bir müsbət nəticə əldə olunacaq. Bu və başqa məsələlərlə bağlı Milli Məclisə və digər dövlət orqanlarına 16-17 təklif göndərmişik.  Biz qazilər birliyi olaraq, veteranların pulunun bir neçə dəfə artırılmasını xahiş edirik", - ictimai birliyin sədri əlavə edib.

QAZİLER.AZ

Diaspora