29 lisenziyasız stomatoloji kabinet aşkarlandı

29 lisenziyasız stomatoloji kabinet aşkarlandı backend

Bu il Azərbaycanda lisenziyası olmadan fəaliyyət göstərən 29 stomatoloji kabinet aşkarlanıb.


Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib.

Nazirlikdən qeyd ediblər ki, qanunsuz fəaliyyət göstərən stomatoloji kabinetlərdən 4-ü Bakı şəhərində yerləşir.

Həmin sahibkarlıq subyektlərinə qarşı qanunvericilikdə nəzərdə tutulmuş inzibati təbdirlər görülüb.