Sabah bəzi ərazilərdə qaz olmayacaq

Sabah bəzi ərazilərdə  qaz olmayacaq backend

Masallı rayonunda yeddi kəndində qaz təchizatının müvəqqəti dayandırılması planlaşdırılır.

Bu barədə "Azəriqaz" (İB) məlumat yayıb.

Bildirilib ki, rayonun Köhnə Alvadı kəndində yeni qaz xəttinin mənbəyə qoşulmasından ötrü Güllütəpə və Tatyanoba kəndlərinin ümumilikdə 830 abonentinin qaz təchizatının sabah saat 10:00-dan işlər yekunlaşana qədər dayandırılması nəzərdə tutulur.

Həmçinin rayonunun Musaküçə kəndində yeni qaz tənzimləyicisinin quraşdırılması üçün Musaküçə, Gəyəçöl, Xıl, Sirəbil, Sərçuvar və Təzəkənd kəndlərinin ümumilikdə 3800 abonentinin qaz təchizatının 31 may saat 10:00-dan işlər yekunlaşana qədər dayandırılması planlaşdırılır.

Eyni zamanda bildirilib ki, görüləcək təmir işləri ilə əlaqədar sabah saat 10:00-dan etibarən Suraxanı, Xəzər və Nərimanov rayonlarının bəzi ərazilərinin qaz təchizatı dayandırılacaq.

Təmir işləri aparılan müddətdə Suraxanı rayonu üzrə Hövsan Bağlar yaşayış massivinin və Hövsan kəndinin, Nərimanov rayonu üzrə A. Nemətulla, F.X.Xoyski və Ə.Rəcəbli küçələrinin, Xəzər rayonu üzrə isə Şüvəlan qəsəbəsinin, Almaz İldırım, Sabir, Dənizkənarı, Şimal DRES və Mayak Bağları yaşayış sahələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaq və təhlükəsizlik tədbirlərinə riayət etmək xahiş edilir.

Diaspora