Bakı-Şamaxı-Yevlax yolunda hərəkət qismən məhdudlaşdırılacaq

Bakı-Şamaxı-Yevlax yolunda hərəkət qismən  məhdudlaşdırılacaq backend

Bu gecə saat 00:00-dan səhər 07:00-a qədər Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 35,6-cı kilometrliyində hərəkət hissə-hissə qismən məhdudlaşdırılacaq.

Qaziler.az bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən xəbər verir.

Məlumata görə, məhdudiyyət yeni inşa edilən yerüstü piyada keçidinin platformasının quraşdırılması ilə əlaqədardır.

"Sürücülərdən qeyd olunan saatlarda sözügedən ərazidə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına və müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur", - deyə məlumatda qeyd edilib.

Diaspora