Bakıda “Təbəssüm üçün musiqi” adlı silsilə tədbirlər həyata keçiriləcək

Bakıda “Təbəssüm üçün musiqi” adlı silsilə tədbirlər həyata keçiriləcək backend

Bakı şəhərinin uşaq musiqi və incəsənət məktəbləri arasında yaradıcılıq və mədəni mübadilənin təşviqinə yönəlmiş, eyni zamanda şəhər sakinləri və qonaqların zövqünü oxşayacaq “Təbəssüm üçün musiqi” adlı silsilə tədbirlər həyata keçiriləcək.

QAZÌLER.AZ  APA-ya istinaden xəbər verir ki, layihə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Bakı şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı, Azərbaycan Gənclər Fondunun və "Mədəniyyət Könüllüləri" İctimai Birliyinin dəstəyi ilə reallaşdırılacaq.

Bu layihənin əsas məqsədi şəhərin müxtəlif məkanlarında (açıq havada) paytaxtın musiqi və incəsənət məktəbləri şagirdlərinin ifasında konsert proqramları təşkil etmək, gənc musiqiçi, rəssam və rəqqasların öz istedadlarını nümayiş etdirməkləri üçün şərait yaratmaq, eyni zamanda şəhərin mədəni mühitinə özünəməxsus rəng qatmaqdır.

2024-cü ilin may–iyun aylarını əhatə edəcək silsilə tədbirlərin açılış konserti 28 may tarixində saat 18:00-da Bakı şəhəri Fəvvarələr meydanında baş tutacaq. Ümumilikdə layihə çərçivəsində Bakı şəhərinin 20-dək musiqi və incəsənət məktəbinin şagirdlərinin iştirakı planlaşdırılır.

Qeyd edək ki, dünyanın bir çox paytaxt şəhərlərində ənənəvi olaraq şəhərin incəsənət kollektivləri açıq səhnə təqdimatları ilə özünəməxsus kolorit, fərqli ab-hava və baxımlı sənət nümunələri nümayiş etdirirlər. Bu da daha geniş ictimaiyyətlə canlı təmas və fərqli təqdimat üçün əlverişli imkan yaradır.

Belə təcrübədən faydalanaraq Bakı şəhərinin musiqi və incəsənət məktəbləri, mədəniyyət könüllülərinin iştirakı ilə paytaxtımızın mədəni mühitinin zənginləşməsinə töhfə verəcək, habelə şəhər sakinləri və paytaxta təşrif buyurmuş qonaqların zövqünü oxşayacaq “Təbəssüm üçün musiqi” adlı layihəni həyata keçirir.

Diaspora