Azərbaycanda unla bağlı yeni QƏRAR

Azərbaycanda unla bağlı yeni QƏRAR backend

Buğda ununa dair sanitariya norma və qaydaları təsdiqlənib.

"Report"un əldə etdiyi məlumata görə, bununla bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyası qərar qəbul edib.

Buğda ununa dair sanitariya norma və qaydaları buğda ununa dair təhlükəsizlik və minimum keyfiyyət tələblərini müəyyən edir. Buğda unu bu qaydaların tələblərinə cavab verdiyi təqdirdə onların dövriyyəsinə yol verilir. Bu qaydalar pivə, nişasta və ya qlüten istehsalında və qeyri-qida sənayesində istifadəsi nəzərdə tutulmuş buğda ununa şamil olunmur.

Buğda ununun cavab verməli olduğu tələblərə gəlincə, bu unda kənar qoxu və dad olmamalı, tərkibində kənar maddə olmamalı, özünəməxsus rəngə və görünüşə malik olmalı, kimyəvi xüsusiyyətləri qaydaların müvafiq əlavəsində göstərilən tələblərə uyğun olmalı, tam buğda unu istisna olmaqla, buğda ununun ən az 98%-i 212 mikronluq ələkdən keçməlidir.

Bundan başqa, texnoloji məqsədlərə nail olmaq üçün buğda ununa buğda, çovdar və ya arpadan hazırlanmış, ferment aktivliyi yüksək olan cücərmiş taxıl dəni unu və ya cücərmiş taxıl dənindən hazırlanmış digər məhsullar, təbii buğda qlüteni, soya unu, paxlalılardan hazırlanmış un və fermentlər ("Aspergillus oryzae" mikroorqanizmindən əldə olunan göbələk amilazası və proteolitik fermentlər) əlavə edilə bilər.

Buğda ununun istehsalı və dövriyyəsi "Qida məhsulları üzrə gigiyena tələblərinə dair qaydalar"a uyğun həyata keçirilməlidir.

Diaspora