Rusiyanın Permdə avtomobilin sürücüsü şüşələri və vitrinləri sındıraraq çörək sexinə girb.
Qaziler.az bildirir ki, müvafiq görüntüləri mayın 27-də “İzvestiya” yayıb.
Kadrlarda sürücünün yüksək sürətlə müəssisənin içərisinə necə girdiyi, az qala piştaxtanın arxasındakı kassirə dəydiyi görünür.
Qəzadan sonra maşından bir neçə qadın düşüb. Heç kim ciddi xəsarət almayıb.
Sürücü təhlükəsizlik yastıqlarının açıldığını bildirib.
Hazırda hadisənin təfərrüatları dəqiqləşdirilir.
QAZİLER.AZ