"Abzas Media”nın əməkdaşı Nərgiz Absalamovanın həbs müddəti uzadılıb

"Abzas Media”nın əməkdaşı Nərgiz Absalamovanın həbs müddəti uzadılıb backend

“Abzas Media” saytının əməkdaşı Nərgiz Absalamova barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı məhkəməyə müraciət edilib.

QAZILER.AZ  APA-ya istinaden xəbər verir ki, bu gün Xətai Rayon məhkəməsində hakim Aynur Abdullayevanın sədrliyi ilə təqdimata baxılıb.

Məhkəmə N.Absalamovanın barəsində həbs qətimkan tədbirinin müddətinin 22 gün uzadılmasına qərar verib.

Qeyd edək ki, ötən il noyabrın 21-də “Abzas Media”nın direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Vaqifqızı, noyabrın 23-də isə direktor müavini Məhəmməd Kekalov, dekabrın 1-də isə saytının əməkdaşı Nərgiz Absalamova, dekabrın 13-də jurnalist Hafiz Babalı, yanvarın 13-də saytının əməkdaşı Elnarə Qasımova barəsində qrup halında qaçaqmalçılıq ittihamı ilə həbs qətimkan tədbiri seçilib.

Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qrup halında qaçaqmalçılıq) maddəsi ilə ittiham irəli sürülüb və barəsində həbs qərarı verilib.

 

Diaspora