“Yahoo” və “Google” razılığa gəliblər

“Yahoo” və “Google” razılığa gəliblər backend

“Yahoo” və ”Google” korporasiyaları reklam biznesi ilə bağlı razılığa gəliblər. Tərəflər arasında bununla əlaqədar müqavilə də imzalanıb.

AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, sənəd son zamanlar reklam biznesindən gələn gəlirləri 1,6 faiz aşağı düşən “Yahoo”nun uzun sürən səylərindən sonra imzalanıb. Belə ki, korporasiya “Google” “Alphabet” və “Microsoft” ilə rəqabətdə mövqelərinin xeyli hissəsini itirib.