Cəbhə rayonları hazır vəziyyətə gətirilib

Cəbhə rayonları hazır vəziyyətə gətirilib backend

Cəbhə xəttində yerləşən Ağdam və Tərtər rayonlarının əhalisinin bu il payız- qış mövsümündə qaz və işıq sarıdan problem yaşayacağı gözlənilmir. ANS PRESS-ə bunu rayonları qaz və elektrik enerjisi ilə təchiz edən müvafiq idarələrin rəsmiləri deyib. Ağdam elektrik şəbəkəsindən verilən məlumata görə, hazırda Quzanlı qəsəbəsi və kəndlər qəza halları istisna olunmaqla, fasiləsiz 24 saat elektrik enerjisi ilə təmin olunur. Eyni qayda ilə qış aylarında da elektrik enerjinin fasiləsiz verilməsi davam edəcək.

Aran Regional Enerji Təchizatı və Satışı İdarəsinin Ağdam elektrik şəbəkəsinin rəisi Bəxtiyar İbrahimov ANS PRESS-ə deyib ki, il ərzində 250-yə yaxın istismara yararsız elektrik dirəkləri yeniləri ilə əvəzlənib.15 ədəd yeni transformator quraşdırılıb. Yarımstansiyalarda cari təmir işləri yekunlaşıb. B.İbrahimovun sözlərinə görə, qış mövsümündə elektrik enerjisinə olan təlabatın artacağını nərərə alaraq ehtiyyat tədbirlər də görülüb:"Ağdam elektrik şəbəkəsində 3 ədəd 110 yarımstansiya var ki, bu yarımstansiyaların da hər birində əlavə yük götürən transformatorlar var."