Aprelin 30-da Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası itkin düşmüş 73 nəfərin şəxsiyyətini, basdırıldığı yerləri müəyyənləşdirib.
O naməlum şəhid məzarlarından 13-ü Bakının Şəhidlər xiyabanındadır. Onlardan biri Rauf İsmayıl oğlu Alıyevdir... (Raufun soyadı Alıyev olsa da, məzar daşında Əliyev yazılıb-re.)
1973-cü il, iyulun 23-də Qərbi Azərbaycanın, Qafan rayonunun Siznək kəndində doğulan Raufun taleyi çox acınacaqlı olub. 3 aylıq olanda anası vəfat edir. O və 5 bacı-qardaşı kiçik yaşlarında anasız qalır. Rauf 5-ci sinifdə oxuyanda Qubadlıda bibisi oğlunda ərdə olan bacısı Leyla yanına aparır. Yaxşı da baxırlar. .Sonra...
18 yaşında hərbi xidmətə yola düşür. Həmin vaxt Qarabağda ağır döyüşlər gedirdi. Ermənilər Xocalıda azərbaycanlılara qarşı tarixin dəhşətli soyqırımını törətmişdilər. Rauf Xocalıdan meyitlərin daşınmasında iştirak etmiş, o faciədən sarsılmışdı. Bakıda qulluq eləsə də könüllü olaraq Qarabağda gedən döyüşlərə qatılmışdı. Onun 18.08.1992-ci ildə həlak olduğu bildirilir. O vaxt Ağdərədən gətirilən cəsədlər arasında, 5 yanmış, tanınmaz halda olan cəsəd gətirilmiş, onun birinin Rauf olduğu bildirilmişdi. Beləliklə tanınmaz cəsədlərdən biri Rauf adı ilə dəfn edilmişdi.
32 ildən sonra naməlum məzarlardakı qalıqların şəxsiyyəti müəyyənləşdirilərkən məlum olub ki, əslində Rauf Şəhidlər xiyabanında olan o 13 naməlum məzarlardan birində uyuyur...
Tanınmış qazi Rey Kərimoğlu Şəhidlər xiyabanında Raufun və naməlum şəhid məzarlarını ziyarət edib, çəkiliş aparıb.
QAZİLER.AZ həmin videonu təqdim edir:
Arzu Səlim