Birinci Qarabağ müharibəsinin şəhidi Nuhu Mustafayev Ağsuda dəfn edilib – YENİLƏNİB

Birinci Qarabağ müharibəsinin şəhidi Nuhu Mustafayev Ağsuda dəfn edilib –  YENİLƏNİB backend

Gəncə şəhərindəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Nuhu Mustafa oğlu Mustafayevlə Ağsu rayonunun Qaraməmmədli kəndində keçirilən vida mərasimi başa çatıb.

"Report"un Yuxarı Şirvan bürosunun məlumatına görə, şəhidin nəşi Ağsu rayonu Şəhidlər xiyabanında dəfn olunub.

Dəfn mərasimində şəhidin doğmaları, Ağsu Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri, rayon hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

15:53

Gəncə şəhərindəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Nuhu Mustafa oğlu Mustafayevin meyitinin qalıqları Ağsu rayonuna gətirilib.

"Report"un Yuxarı Şirvan bürosunun məlumatına görə, şəhidin nəşi Ağsu rayonunun Qaraməmmədli kəndində ailəsinə təhvil verilib.

Hazırda şəhidlə vida mərasimi keçirilir.

Qeyd edək ki, Nuhu Mustafa oğlu Mustafayev 1972-ci il avqustun 22-də Ağsu rayonunun Qaraməmmədli kəndində anadan olub. O, 1994-cü il fevralın 14-də Kəlbəcər rayonunun Təkəqaya kəndi ərazisində itkin düşüb.

N.Mustafayev Ağsu rayonu Şəhidlər xiyabanında dəfn olunacaq.

Diaspora