Birinci Qarabağ müharibəsində həlak olmuş Vurğun Seyidovun qalıqları Ağsuda dəfn olunub - FOTO

Birinci Qarabağ müharibəsində həlak olmuş Vurğun Seyidovun qalıqları Ağsuda dəfn olunub - FOTO backend

Birinci Qarabağ müharibəsində itkin düşdüyü ehtimal olunan, 30 il sonra dəfn yeri və kimliyi müəyyən edilən Seyidov Vurğun Əlamət oğlunun qalıqları Ağsu rayonunun Kalva kəndinə gətirilib.

Apa xəbər verir ki, Kalva kəndində şəhidlə vida mərasimi keçirilib.

Vida mərasimində şəhidin ailə üzvləri, kənd sakinləri, qazilər, rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Daha sonra şəhidin qalıqları kənd qəbiristanlığında dəfn olunub.

Qeyd edək ki, Birinci Qarabağ müharibəsində itkin düşdüyü ehtimal edilən Seyidov Vurğun Əlamət oğlunun Gəncədəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn olunduğu aşkarlanıb və kimliyi müəyyən edilib.

Diaspora