Komitə sədri ETSN işçilərinin peşə bayramını təbrik edib

Komitə sədri ETSN işçilərinin peşə bayramını təbrik edib backend

Əziz təbiəti sevənlər və ekologiya sahəsində çalışanlar!

Bu gün, 23 may Ekologiya və Təbii Sərvətlər Nazirliyi əməkdaşlarının peşə bayramıdır. Bu münasibətlə hörmətli nazir Muxtar Babayev başda olmaqla, bütün nazirlik əməkdaşlarını təbrik edir, gələcək fəaliyyətlərində uğurlar arzu edirəm. Danılmazdır ki,sizin fəaliyyətiniz, insanların həyatında mühüm əhəmiyyətə malikdir.

Ölkəmizdə bütün sahələrdə olduğu kimi, ekoloji problemlərin həlli, ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpa edilməsi istiqamətində mühüm işlər görülüb. Ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafa, meşələrin bərpa edilməsi və artırılmasına dair milli proqramlar uğurla yerinə yetirilib. Hazırda ətraf mühitin sağlamlaşdırılması və ekoloji tarazlığın qorunması sahəsində ardıcıl quruculuq işləri davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti ölkəmizin işğaldan azad edilmiş torpaqlarını “Yaşıl enerji” zonası elan edib. Bu ərazilərin 2050-ci ilədək “Netto sıfır emissiya” zonasına çevrilməsi nəzərdə tutulur.

Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi ekoloji siyasət bu gün də öz bəhrəsini verib və dünyanın bu sahədə diqqətini Azərbaycana yönəlməsinə nail olunub. Bildiyimiz kimi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 bu il Azərbaycanda keçiriləcək.

Bu qərarla Prezident İlham Əliyevin qeyd etdiyi kimi dünya dövlətləri tərəfindən Azərbaycana növbəti dəfə böyük etimad və böyük hörmət göstərilmişdir. Biz buna layiqik, biz apardığımız siyasət nəticəsində dünya miqyasında çox güclü mövqelərə sahib olmuşuq. Azərbaycana beynəlxalq aləmdə olan hörmət günbəgün artır və biz bu hörməti öz əməlimizlə, işimizlə, siyasətimizlə qazanmışıq. Bizim müstəqil siyasətimiz, prinsipial mövqeyimiz, beynəlxalq hüquqa bağlılığımız, sədaqətimiz və eyni zamanda, ölkə ərazisində suverenliyin bərpa edilməsi bizə olan hörməti daha da artırdı.

Qeyd edək ki, Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına tərəf olmaqla qlobal iqlim dəyişmələrinə qarşı mübarizəyə qoşulub. Ölkəmiz 1990-cı illə müqayisədə 2030-cu ilə qədər istixana qazlarının miqdarını 35 faiz azaldılmasını hədəfləyir. 2030-cu ildən sonra isə daha iddialı hədəf müəyyən edilib ki, bu da 2050-ci ilə qədər istixana qazlarının miqdarını 40 faiz azaldılmasından ibarətdir.
Şübhə yoxdur ki, COP29 beynəlxalq konfransı yüksək səviyyədə keçiriləcək və bu ölkəmizin, xalqımızın növbəti böyük uğuru olacaq.

Bütün bu işlərin həyata keçirilməsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi əməkdaşlarına başda hörmətli nazir Muxtar Babayev olmaqla uğurlar arzulayıram.

Qeyd : Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra məhz Ulu Öndər Heydər Əliyevin ekologiya və ətraf mühitin mühafizəsi sahəsinə qayğıkeş münasibəti nəticəsində onun imzaladığı 23 may 2001-ci il tarixli Sərəncamı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaradılmışdır.

Hər il ölkəmizdə 23 may günü, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 16 may 2007-ci il tarixində imzaladığı Sərəncama uyğun olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramı kimi qeyd olunur.

Sadiq Qurbanov
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri

avrasiya.net

Diaspora