Şabranda Birinci Qarabağ müharibəsinin şəhidi Rahib Mirzəyev dəfn edilib - Yenilənib

Şabranda Birinci Qarabağ müharibəsinin şəhidi Rahib Mirzəyev dəfn edilib - Yenilənib backend

Gəncə şəhərindəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Rahib Ağaseyid oğlu Mirzəyevin Şabran şəhərində keçirilən vida mərasimi başa çatıb.

"Report"un Şimal bürosunun məlumatına görə, şəhidin nəşi Şabran şəhəri Şəhidlər xiyabanında dəfn olunub.

Dəfn mərasimində şəhidin doğmaları, Şabran rayonunun vəzifəli şəxsləri, rayon hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

 

*****

13:09

Gəncə şəhərindəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Rahib Ağaseyid oğlu Mirzəyevun meyitinin qalıqları Şabran şəhərinə gətirilib.

“Report”un Şimal bürosunun məlumatına görə, şəhidin nəşi Şabran şəhərində ailəsinə təhvil verilib.

Hazırda şəhidlə vida mərasimi keçirilir.

Qeyd edək ki, Rahib Ağaseyid oğlu Mirzəyev 1971-ci il sentyabrın 2-də Şabran şəhərində anadan olub. O, 1994-cü il fevralın 11-də Kəlbəcər rayonunun Murovdağ istiqamətində itkin düşüb.

R.Mirzəyev Şabran şəhəri Şəhidlər xiyabanında dəfn olunacaq.

Diaspora