Azərbaycan Avropa Şurasının Yerli və Regional Hakimiyyətləri Konqresinin 29-cu sessiyasında iştirak etməyəcək. Strasburqda işinə başlayacaq tədbirdə Azərbaycan tərəfinin iştirak etməməsinin səbəbi sentyabrın 18-də Konqresin Monitorinq Komitəsinin Polşanın Varşava şəhərində keçirilmiş toplantısında Azərbaycanla bağlı bəyanat qəbul edilməsi ilə izah edilir.
Azərbaycan nümayəndə heyəti bu bəyanatı qərəzli hesab edərək, Konqresin budəfəki sessiyasının işinə qatılmaqdan imtina edib.Amma qərəzli qətnamənin maddələri barədə heç bir məlumat yoxdur. Bu Avropada yerləşən təşkilatlar tərəfindən Azərbaycana qarşı qəbul edilən ilk qətnamə deyil.
Bir müddət əvvəldə Avropa təşkilatları Azərbaycana qarşı sərt qərarlar qəbul etmişdi. Avqustun 10-da Avropa Parlamenti (AP) Azərbaycanla bağlı sərt qətnamə qəbul edib. Qətnamədə parlamentarilər Azərbaycanı tənqid edərək insan haqları müdafiəçilərinin, jurnalist və digər vətəndaş cəmiyyəti fəallarının tez və şərtsiz azad edilməsinə çağırıblar.
Qətnamədə Azərbaycanla Strateji Əməkdaşlıq Razılaşması üzrə danışıqların dayandırılmasına çağırılır. Bu qətmamənin qəbul edilməsi Azərbaycanda sərt münasibətlər qarşılandı. Milli Məclis Azərbaycana qarşı qəbul edilən qətnaməni müzakirə etmək üçün növbədənkənar iclası keçirildi. Qətnamə deputatların sərt tənqidləri ilə üzləşdi.
Avropa təşkilatları seçkiqabağı təziqləri bununla bitmir. Bir müddət əvvəl ATƏT-in Demoktatik Təchizatlar və İnsan Haqları Bürosu ilə Azərbaycan arasında seçkilərə müşahidəçi göndərməklə bağlı qalmaqal yaşanmışdı.
ATƏT-in baş katibi Lamberto Zanyerin Moskvada keçirilmiş mətbuat konfransında ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları üzrə Bürosu (DTİHB) tərəfindən “Azərbaycanda keçiriləcək parlament seçkilərinə müşahidə missiyasının göndərilməməsi ilə bağlı razılığın əldə olunmaması təəssüf doğurduğunu” bildirmişdi.
Azərbaycan tərəfi bu imtianı müşahidəçilərin sayının çox olması ilə əlaqələndirdi. Xarici İşlər Nazirliyindən məsələyə münasibət bildirən mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Azərbaycana 400 nəfər müşahidəçinin göndərilməsi heç bir məntiqə sığmadığını bildirdi.
“Azərbaycan ATƏT-in dialoq və əməkdaşlıq prinsiplərinə sadiqdir. Müqayisə üçün qeyd edək ki, 50 milyon əhalisi olan Ukraynaya 26 oktyabr 2014-cü il seçkilərini müşahidə etmək üçün 600 nəfər, 150 milyona yaxın əhalisi olan Rusiyaya 4 dekabr 2011-ci il seçkilərində 200 nəfər, 5 oktyabr 2015-ci ildə Bolqarıstanda keçirilən seçkilərə 12 nəfər, 16 mart 2014-cü ildə Serbiyada keçirilən seçkilərə 12 nəfər, 21 dekabr 2014-cü ildə Özbəkistanda keçirilən seçkilərə isə 12 nəfər müşahidəçi göndərilib.”
Hətta bir müddət əvvəl Azərbaycanın Avropa Şurasının insan hüquqları üzrə birgə işçi qrupundan çıxdığı barədə məlumat yayılmışdı.
Bütün baş verənlər fonunda Azərbaycan Qərb ölkələri ilə münasibətlərini xoş niyyətlə davam etdirməyə çalışır. Amma qəbul edilən qətnamələrində cavabını verməkdən çəkinmir. Çünki hazırda Rusiya ilə münasibətləri pozulan Qərb ölkələrinin neft və qaz alışında ümid etdiyi dövlətlərdən biri də Azərbaycandır.
Bu səbəbdən Avropada bəzi dairələr Azərbaycana qarşı müəyyən sərt qətnamələr qəbul etsələr də, digər dairələr bu səhvi düzəltməklə məşğul olur. Qərb mətbuatında yazılan məqalələrdə Azərbaycanın Avropa dövlətləri ilə həyata keçirilən enerji layihələrinin təxirə salınmasından narahatlıq ifadə edilirdi.
Azərbaycanla Avropa ölkələri arasında hazırda TANAP, TAP qaz layihələri və Yunanıstanın DESFA şirkətinin alınması gündəmdədir.