Birinci Qarabağ müharibəsində itkin düşmüş Siyavuş Məmmədovun qalıqları dəfn olunub

Birinci Qarabağ müharibəsində itkin düşmüş Siyavuş Məmmədovun qalıqları dəfn olunub backend

Birinci Qarabağ müharibəsində itkin düşmüş Siyavuş Əli oğlu Məmmədovun qalıqları Sumqayıtda torpağa tapşırılıb.

APA xəbər verir ki, şəhidin qalıqları bu gün Sumqayıt Şəhidlər xiyabanında dəfn edilib.

Dəfn mərasimində şəhidin doğmaları, Zəngilan rayonu və Sumqayıt şəhərinin vəzifəli şəxsləri, rayon hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Siyavuş Əli oğlu Məmmədov 1973-cü ildə Zəngilan rayonu Havalı kəndində anadan olub. Birinci Qarabağ müharibəsində, 1994-cü ildə döyüşlər zamanı itkin düşən Siyavuş Məmmədovun qalıqları aşkarlanıb və kimliyi müəyyən edilib.

Diaspora