Amerikanın "Freedom House" Rusiyada arzuolunmaz təşkilat kimi tanınıb

Amerikanın "Freedom House" Rusiyada arzuolunmaz təşkilat kimi tanınıb backend

Rusiya Ədliyyə Nazirliyi Amerikanın “Freedom House” hüquq müdafiə təşkilatını və Ukraynanın “Vernis jivım” xeyriyyə fondunu Rusiya Federasiyasında fəaliyyəti arzuolunmaz kimi tanınan xarici və beynəlxalq qeyri-hökumət təşkilatları siyahısına əlavə edib.

Qaziler.az lenta.ru-ya istinadən bildirir ki, bu, nazirliyin saytındakı materiallarda əks olunub..

“Vernis jivım” Beynəlxalq Xeyriyyə Fondu (Ukrayna), Freedom House, Inc. (“Freedom House”) (ABŞ)” bu siyahıdadır.

Mayın 7-də Rusiya Baş Prokurorluğu "Freedom House"u arzuolunmaz elan edib. Departament qeyd edib ki, təşkilatın əsas fəaliyyət istiqamətləri arasında ABŞ-ın dünyada “dominant” rolunun bərqərar olmasına yardım etmək daxildir.

QAZİLER.AZ

Diaspora