“Fəvvarələr meydanında camaatın gəzdiyi yerdə foto çəkdirirlər və bunu mitinq kimi təqdim edirlər. Guya bunlara işgəncə verirlər, ona görə bu mitinq keçirilib”.
APA-nın xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Siyavuş Novruzov deyib.
Deputat bildirib ki, bu yolla xaricdən sığınacaq almağa çalışırlar: “Bu da insan alverinin bir yoludur. Viza alıb, xaricə gedən kimi də başlayırlar, söyüşə, təhqirə. Ekstradisiya məsələsi bununla bağlı da tətbiq edilməlidir”.