Səlahəddin Demirtaşın həbs cəzası 43 il 8 aya yüksəldilib - YENİLƏNİB

Səlahəddin Demirtaşın həbs cəzası 43 il 8 aya yüksəldilib -  YENİLƏNİB backend

Türkiyədə “Kobani hadisələri”ndə təqsirləndirilən Səlahəddin Dəmirtaşa hökm oxunub.

"Report" Türkiyə KİV-ə istinadən xəbər verir ki, Ankara 22-ci Ağır Cəza Məhkəməsində yekun hökm 43 il 8 ay olub.

18:28

Xalqların Demokratik Partiyasının (HDP) sabiq həmsədri Səlahəddin Dəmirtaş 28 il 6 ay həbs cəzasına məhkum edilib.

“Report” Türkiyə KİV-ə istinadən xəbər verir ki, Ankara 22-ci Ağır Cəza Məhkəməsində baxılan Kobani işində məhkəmə müttəhimlər haqqında çıxardıqları hökmləri açıqlayıb.

Belə ki, HDP-nin keçmiş həmsədri Səlahəddin Dəmirtaş dövlətin birliyini və bütövlüyünü pozmağa cəhdə görə 20 il, cinayətə təhrik etdiyinə görə isə 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Ümumilikdə 28 il 6 ay həbs cəzasına məhkum edilən Dəmirtaşın həbsinin davam etdirilməsi qərara alınıb.

Qeyd edək ki, HDP-nin 2014-cü il oktyabrın 6-da "İŞİD"in Kobaniyə (Eyn əl-Ərəb) qarşı həyata keçirdiyi hücumların bəhanə edərək 35 rayonda icazəsiz mitinqlər keçirilmişdi. Hadisələr zamanı 33 nəfər ölmüş, 2 polis şəhid olmuş, 221 mülki vətəndaş və 139 polis isə yaralanmışdı. Mitinqlərdə 25-i icra hakimiyyəti, 67-si hüquq-mühafizə, 29-u siyasi partiya, 212-si məktəb olmaqla ümumilikdə 1 113 binaya zərər dəymişdi. Aksiyalarda özəl, bələdiyyə, təcili tibbi yardım və polis avtobilləri yandırılmış və ümumilikdə 1 177 nəqliyyat vasitəsi istifadəyə yararsız vəziyyətə düşmüşdü.

Diaspora