Reabilitasiya Agentliyi 5 istiqamət üzrə beynəlxalq ISO sertifikatlarına layiq görülüb

Reabilitasiya Agentliyi 5 istiqamət üzrə beynəlxalq ISO sertifikatlarına layiq görülüb backend

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi 5 istiqamət:

  •  ISO 9001:2015 (Keyfiyyəti İdarəetmə Sistemi), 
  • ISO 10002:2018 (Müştəri məmnunluğunun təmin edilməsi və şikayətlərin idarəedilməsi sistemi), 
  • ISO 15224:2017 (Səhiyyədə keyfiyyətin idarəedilməsi sistemi), 
  • ISO 37001:2016 (Rüşvət əleyhinə idarəetmə sistemi), 
  • ISO 13485:2016 (Protez avadanlıqlarının idarəedilməsi sistemi)

üzrə ISO Təşkilatının (Beynəlxalq Standartlaşdırma Təşkilatı) sertifikatlarına layiq görülüb. 

Agentlik “Səhiyyədə keyfiyyətin idarəedilməsi sistemi” sertifikatını alan ilk dövlət qurumudur. 

Həmçinin “Protez avadanlıqlarının idarəedilməsi sistemi” sertifikatı unikallığı ilə seçilir.

Beynəlxalq ISO standartlarının tətbiqi vətəndaşlara göstərilən xidmət səviyyəsinin daha da yüksəldilməsi, onların müraciətlərinə operativ reaksiyanın verilməsi, idarəetmədə şəffaflığın təminatı və protez məmulatların istehsalının keyfiyyətinin artırılmasına zəmin yaradır. 

Standartlar Agentlikdə İnteqrəedilmiş Menecment Sistemi olaraq tətbiq olunub. Proseslərə hazırlıq və standartların tətbiq edilməsinə bütün işçi heyəti cəlb edilib, 70-dən çox əməkdaşa təlimlər keçilib.

Təlimlərdə iştirak etmiş bir qrup Agentlik əməkdaşına sertifikatlar təqdim olunub.

İSO sertifikatlarının təqdim edilməsi tədbirində bu sertifikatların fəaliyyətin planlaşdırılmasına, tətbiq edilən təcrübənin davamlı olaraq təkmilləşdirilməsinə, dayanıqlı inkişafa, beynəlxalq əməkdaşlıq əmsalının yüksəldilməsinə, habelə səmərəli idarəetmə sisteminin formalaşmasına təkan verəcəyi qeyd edilib.

Diaspora