Sabah güclü külək olacaq - SARI XƏBƏRDARLIQ

Sabah güclü külək olacaq -  SARI XƏBƏRDARLIQ backend

Sabah güclü külək olacaq.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti Sarı xəbərdarlıq yayıb.

Xəbərdarlıqda qeyd edilib ki, küləyin sürəti 13,9-20,7 m/san (7-8 bal) gücündə olacaq. Bu cür külək ictimai təhlükəsizliyə, yaşayış sahələrinə və əmlaka ziyan üçün orta risk təşkil edir.

Qeyd edək ki, küləkli hava şəraiti ilə bağlı “Rəng Xəbərdarlıq Sistemi” bu gündən www.meteo.az saytı (https://meteo.az/index.php?ln=az&pg=443) vasitəsilə əhaliyə çatdırılır.

Diaspora