Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) fəxri üzvü, Nobel mükafatı laureatı Əziz Sancar may ayının 30-da Azərbaycana gələcək.
"Report" xəbər verir ki, bu barədə AMEA prezidenti akademik İsa Həbibbəyli məlumat verib.
Məlumata görə, AMEA-nın Fəxri üzvü diplomunun və vəsiqəsinin təqdim olunması və onun Azərbaycan Respublikasının elmi ictimaiyyəti ilə geniş müzakirələrini təşkil etmək məqsədi ilə akademik İsa Həbibbəyli tərəfindən Əziz Sancara Azərbaycan Milli Elmlər Akademiyasına səfərlə bağlı müraciət ünvanlanıb və müraciət Nobel mükafatı laureatı tərəfindən məmnuniyyətlə qəbul edilib.
Qeyd edilib ki, Nobel mükafatı laureatı Əziz Sancarın Azərbaycana səfəri iyun ayının 6-dək davam edəcək.