Zurabişvili Zelenski ilə Gürcüstanın Avropa perspektivindən danışıb

Zurabişvili Zelenski ilə Gürcüstanın Avropa perspektivindən danışıb backend

Gürcüstan prezidenti Salome Zurabişvili ukraynalı həmkarı Vladimir Zelenski ilə Gürcüstanda “xarici agentlər” haqqında qanun ətrafında yaranan vəziyyətlə bağlı danışıb.

Qaziler.az bildirir ki, bu barədə Salome Zurabişvili X sosial şəbəkəsində yazır.

“Ukrayna prezidenti Zelenski ilə danışdım. O, gürcü xalqına göstərdiyi həmrəyliyə və davamlı dəstəyə görə prezidentə minnətdarlığını bildirib. Bizim ümumi gələcəyimiz Avropadır!” - Salome Zurabişvili yazıb.

Gürcü mətbuatı yada salır ki, Gürcüstan prezidenti səhər saatlarında Latviya, Estoniya, Litva və İslandiyanın xarici işlər nazirləri ilə də görüşüb və onlara Avropa platformasının yaradılması planları barədə məlumat verib.

Zurabişvili həmçinin dörd ölkənin nümayəndələrini mübahisəli qanuna veto qoyacağına və “veto hüququ çərçivəsində yalan, süni, hiyləgər danışıqlara getməyəcəyinə, yox və heç vaxt!”

QAZİLER.AZ

Diaspora