Qənirə Paşayeva rayon maşınlarının Bakıya buraxılmamasından danışdı

Qənirə Paşayeva rayon maşınlarının Bakıya buraxılmamasından danışdı backend

Milli Məclisin bu gün keçirilən iclasında “Avtomobil nəqliyyatı haqqında” qanuna dəyişiklik və əlavələrin müzakirəsi olub.

Lent.az-ın məlumatına görə, iclasda çıxış edən millət vəkili Qənirə Paşayeva bir sıra təkliflərlə yadda qalıb. O, həmkarı M.Quliyevin təklifini dəstəkləyərək bildirib ki, taksilər də ictimai nəqliyyat olduğundan orada siqaretin çəkilməsi qadağan olunmalıdır. Taksi sürücülərinin böyük əksəriyyəti sərnişin daşıyarkən siqaret çəkərək sərnişinlərin sağlamlıqlarına ziyan vururlar. Taksilərdən siqaretdən istifadə etməyən insanlar, qadınlar, uşaqlar, yaşlılar da istifadə edir. İnkişaf etmiş ölkələrdən olduğu kimi bizdə də taksilərdə siqaretdən istifadə qadağan edilməli və buna məhəl qoymayanlar cəzalandırılmalıdır. Qənirə Paşayeva rayon maşınlarının Bakıya buraxılmasındakı problemlərə də toxunub və bildirib ki, yerlərdə insanlar millət vəkillərinə bununla bağlı müəyyən narahatlıqlarını ifadə edən müraciətlər edirlər. "Hesab edirəm ki, bu məsələnin tənzimlənməsi qayda və mexanizmlərinə yenidən baxılmalı, təkmilləşdirilməli və insanları narahat edən məsələlər ortadan qaldırılmalıdır".
Diaspora