Şəhid Zakir Cəfərovun əziz xatirəsi yad olunub - FOTO

Şəhid Zakir Cəfərovun əziz xatirəsi yad olunub - FOTO backend

Bu gün şəhid Cəfərov Zakir Nazim oğlunun doğum günündə əziz xatirəsi yad olunub.

Qaziler.az xəbər verir ki, bununla əlaqədar Nizami Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının, Keşlə Bələdiyyəsinin rəhbərliyi, eləcə də ictimaiyyət nümayəndələri şəhidin Keşlə qəbiristanlığındakı məzarını ziyarət edib, önünə gül dəstələri qoyub, ruhuna dualar oxuyublar.

Qeyd edək ki, şəhid Zakir Cəfərov 2017-ci il fevralın 24-dən 25-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin təxribatının qarşısını alarkən Xocavənd istiqamətində gedən şiddətli döyüşlər zamanı şəhid olub. Zakir Cəfərov ölümündən sonra göstərdiyi qəhrəmanlıqlara görə “Şücaətə görə” medalı ilə təltif edilib.

QAZİLER.AZ

Diaspora