Düzəltdiyi saata görə polisə aparılan müsəlman şagird Ağ Evdə oldu

Düzəltdiyi saata görə polisə aparılan müsəlman şagird Ağ Evdə oldu backend

Məktəbə apardığı əldəqayırma saatın bomba zənn edilməsindən sonra polis tərəfindən saxlanılan 14 yaşlı texaslı məktəbli Əhməd Məhəmməd prezident Barak Obamanın dəvəti ilə Ağ Evdə olub.

İKT.lent.az-ın verdiyi xəbərə görə, Ə. Məhəmməd elm, texnologiyalar və kosmosa həsr edilmiş “Astronomiya axşamları” adlı tədbirə qatılıb. Əhməd ona dəstək verən prezidentə minnətdarlıq edib. Şagird ona sosial şəbəkələrdə “Clock Kid” (Saatlı oğlan) təxəllüsü verən istifadəçilərdən incimədiyini söyləyib. “İnsanı zahiri görkəmi ilə mühakimə etməyin. Hər zaman ürəyinə görə qiymət verin”, - deyə o, söyləyib.

Qeyd edək ki, Sudan əsilli Əhməd Məhəmmədin düzəltdiyi saatı Texas ərazisində təhsil aldığı orta məktəbə aparması problemə səbəb olub. Belə ki, dərs zamanı saatın zəngi çalıb. Müəllimə ondan saatı göstərməsini tələb edib, saatı görüncə isə onun bomba mexanizmi olduğunu düşünüb və polis çağırıb. Əhməd polis tərəfindən saxlanılıb. Hadisə ölkədə geniş əks-səda doğurub. Prezident Obama, “Facebook”un qurucusu Mark Zukerberq və BMT rəhbərliyi Əhmədi görüşə dəvət edib. Sudanın xarici işlər naziri də Əhmədlə görüşüb.