Asiya İnkişaf Bankı ilə gələcək əməkdaşlıq istiqamətləri müzakirə olunub - FOTO

Asiya İnkişaf Bankı ilə gələcək əməkdaşlıq istiqamətləri müzakirə olunub - FOTO backend

Ötən dövrdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Asiya İnkişaf Bankı (AİB) arasında uğurlu əməkdaşlıq həyata keçirilib, önəmli birgə layihələr icra olunub. Bu barədə Nazirlikdə AİB-in sektorlar qrupunun İnsan və Sosial İnkişaf sektoru ofisinin direktoru Sofia Şakilin başçılıq etdiyi nümayəndə heyəti ilə keçirilən görüşdə bildirilib.

Qaziler.az xəbər verir ki, Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev ölkəmizdə əmək və sosial müdafiə sahələrində aparılan islahatlar və əldə olunan uğurlar barədə məlumat verib. Dövlət sosial xidmətlərinin, eləcə də məşğulluq xidmətlərinin rəqəmsal müstəvidə qurulması proqramının nailiyyətləri diqqətə çatdırılıb. 

Aktiv məşğulluq proqramlarının genişləndirilməsi istiqamətində atılan addımlardan bəhs olunub. Peşə hazırlığı sisteminin təkmilləşdirilməsi, işçi qüvvəsinin bacarıqlarının inkişaf etdirilməsinə yönələn layihələr, işğaldan azad olunmuş ərazilərimizə köçürülən sakinlərin məşğulluğuna dəstək tədbirləri qeyd edilib. Aparılan islahatlar prosesində, habelə məşğuluq sahəsində  AİB-lə əməkdaşlığın davam etdirilməsinə önəm verildiyi bildirilib.

S.Şakil ölkəmizdə əmək bazarı, məşğulluq və sosial müdafiə sahələrində həyata keçirilən islahatların təqdirəlayiq olduğunu və əməkdaşlığın davamlı xarakter almasından məmnunluğunu ifadə edib.

Görüşdə məşğulluq proqramlarının icrası, karyera məsləhəti xidmətlərinin təşkilində bacarıqların müəyyən edilməsi ilə bağlı diaqnostik alətlərin hazırlanması, peşə hazırlığı mərkəzlərinin infrastrukturunun təkmilləşdirilməsi və s. istiqamətlərdə gələcək əməkdaşlıq məsələləri müzakirə olunub.

Diaspora