Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov oktyabrın 30-da Samux şəhərində Gəncə, Gədəbəy, Samux, Göygöl və Daşkəsən rayonlarında yaşayan vətəndaşları qəbul edəcək.
Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyatdan keçmək üçün [email protected] və [email protected] elektron poçt ünvanları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 saylı “Qaynar xətt”i, Gəncə şəhəri 10 saylı ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsi ilə əlaqə saxlaya bilərlər.Ekologiya və təbii sərvətlər naziri Samuxda vətəndaşları qəbul edəcək

