Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS

Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir  ANONS backend

Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı yay aylarında parlament seçkisinin keçiriləcəyini düşünür.

Bu barədə o, Modern.az-a bildirib.

Deputatın fikrincə, seçki avqust-sentyabr aylarında ola bilər.

“Bunu növbədənkənar parlament seçkisi adlandırmaq olmaz. Amma mənim proqnozuma görə, bu seçki avqust-sentyabr aylarında ola bilər. Əslində, mənim də dəqiq məlumatım yoxdur, amma düşünürəm ki, bu proses ya iyuna qədər olmalıdır, ya da keçəcək payıza. Hər halda bu il parlament seçkisinin keçirilməsi istisna edilmir”, - deputat qeyd edib.

Qeyd edək ki, bir neçə gün əvvəl Ədalət, Hüquq və Demokraiya Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev də Azərbaycanda bir neçə aydan sonra parlament seçkisinin gözlənildiyini bildirib.

Diaspora