Xankəndidə xeyli sayda silah-sursat aşkarlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə aprelin 23-də Xankəndi şəhəri ərazisindən 5 ədəd müxtəlif markalı avtomat silahı, 2 tapança, 2 tüfəng, 1 qumbaraatan, 4 qumbara, 19 patron darağı, 3 mərmi, 1410 ədəd müxtəlif çaplı patron, 3 süngü-bıçaq və digər sursatlar aşkar olunaraq götürülüb.
 
                 
            
 
					 
					 
					 
					
 
                                                 
                                             
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                
