202 nömrəli məktəbdə Təhsil Nazirliyinin yeni yaradılmış studiyasının təqdimatı olub. Lent.az-ın məlumatına görə, yeni fəaliyyətə başlayan onlayn Təhsil televiziyasının verilişləri bu studiyada hazırlanacaq.
Təhsil televiziyası uşaq və gənclərin intellektual fəaliyyətinin dəstəklənməsinə və cəmiyyətinin inkişafında təhsilin rolunun daha dərindən dərk edilməsinə xidmət edir.
Qeyd edək ki, Təhsil televiziyasında “Təhsil saatı”, “Təhsil gündəliyi”, “Təməl”, “Dərsdənkənar” və digər verilişlər yayımlanacaq.
Tədbirdə Dövlət Strategiyasının həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planında təhsilverənlər, təhsilalanlar və valideynlər üçün maarifləndirici intellektual oyunların hazırlanmasının mühüm istiqamətlərdən biri kimi göstərildiyi qeyd edilib.
Hazırda “Təhsil” televiziyasının verilişləri Təhsil Nazirliyinin saytında, rəsmi “Facebook” səhifəsində və Nazirliyin “Youtube” kanalında yerləşdirilir.
Bu gündən başlayaraq məktəblilər üçün “ Brainiest” intellektual oyunu çərçivəsində Təhsil Nazirliyinin tərəfdaşlıq etdiyi “ Əlaçı” proqramı AzTV-də saat 22:00-da yayımlanacaq.