İslamabadda Dövlət Müstəqilliyi Günü münasibəti ilə tədbir keçirilib

İslamabadda Dövlət Müstəqilliyi Günü münasibəti ilə tədbir keçirilib backend

Pakistan-Azərbaycan Media Forumu tərəfindən 18 oktyabr-Dövlət Müstəqilliyi Günü münasibəti ilə İslamabadda Baydar-e Fikir düşüncə quruluşunda tədbir keçirilib.


Lent.az-ın məlumatına görə, tədbirdə Pakistanın siyasi və ictimai xadimləri, media mənsubları, elm adamları, araşdırmaçılar iştirak edib.
Tədbiri giriş sözü ilə açan Pakistan-Azərbaycan Media Forumunun sədri, jurnalist Raja Cavid Əli Batti qeyd edib ki, müstəqilliyin qorunması onu qazanmaqdan daha çətindir, Azərbaycan 1918-1920-ci illərdə azadlığına qovuşsa da, xarici müdaxilə və bir sıra daxili amillər səbəbindən qorumaq mümkün olmadı. Azərbycan xalqı tarixi fürsətdən yararlanıb istiqlaliyyət bayrağını ucaltdı.
Tədbirin əsas qonağı Əkrəm Zəki müstəqilliyin qazanılmasından sonrakı mərhələdə onun beynəlxalq aləmdə qəbul etdirilməsinin xüsusi əhəmiyyət kəsb etdiyini, 2 mart 1992-ci ildə BMT üzvü olduqdan sonra ölkə parlamentinin milli bayraq, himn və gerb kimi dövlət rəmzlərini müəyyən etdiyini vurğulayıb, Azərbaycanın 1991-ci ildə nümayiş etdirdiyi iradənin nəticəsi olaraq ilbəil güclənərək inkişaf etdiyini, ulu öndər Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın bu gün siyasi və iqtisadi önəminə görə regionun və dünyanın sayğı duyulan ölkələrindən birinə çevrildiyini iştirakçıların diqqətinə çatdırıb.
Pakistan dövlət kəşfiyyatının Koordinasiya direktoru, polkovnik Muştaq Qureyşi bildirib ki, istiqlaliyyət yolunda yüzlərlə oğul-qızını fəda edən Azərbaycan əzmlə yeni həyata doğru addımlayıb və bu gün dünyanın aparıcı dövlətlərindən birinə çevrilib.

18 oktyabr-Dövlət müstəqilliyi günü münasibəti ilə keçirilən tədbir barədə urdu dilli Əl Qəmər və ingilis dilli State Times qəzetlərində də materiallar dərc edilib.
Diaspora