Səlim Müslümov Şamaxı rayonunda 5 rayonun sakinləri ilə görüşəcək

Səlim Müslümov Şamaxı rayonunda 5 rayonun sakinləri ilə görüşəcək backend

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən QAZİLER.AZ saytına verilən məlumata görə, Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun Şamaxı rayonunda keçirəcəyi vətəndaşları qəbul gününün tarixi dəyişdirilərək, oktyabrın 30-dan oktyabrın 23-nə keçirilib.


S.Müslümov həmin gün saat 10:00-da Şamaxı rayonu Heydər Əliyev Mərkəzində bu rayonun və Qobustan, İsmayıllı, Ağsu, Göyçay rayonlarının sakinlərini fərdi qaydada qəbul edəcək.
Vətəndaşlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin [email protected] elektron poçt ünvanı, Şamaxı, Qobustan, İsmayıllı rayonları üzrə (020) 285-12-58, Ağsu və Göyçay rayonları üzrə (020) 255-23-45 telefon nömrələri ilə əlaqə saxlayaraq qəbula yazıla bilərlər.
Diaspora