Azərbaycan, Türkiyə və Moldovanın sosial müdafiə qurumları ikitərəfli əməkdaşlığı müzakirə edib

Azərbaycan, Türkiyə və Moldovanın sosial müdafiə qurumları ikitərəfli əməkdaşlığı müzakirə edib backend

Beynəlxalq Sosial Təminat Assosiasiyasının Avropa Regional Sosial Təminat Forumu (Portuqaliya) çərçivəsində Azərbaycan, Türkiyə və Moldovanın sosial müdafiə qurumları ikitərəfli əməkdaşlığı müzakirə edib.

Qaziler.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Bildirilib ki, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevlə Türkiyənin Sosial Müdafiə Qurumunun sədri Raci Kayanın görüşü olub. Görüşdə Azərbaycan və Türkiyə arasında dostluq, qardaşlıq və xalqların birliyi amilinə əsaslanan münasibətlərin iki qardaş ölkənin dövlət başçılarının birgə səyləri nəticəsində strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyi vurğulanıb.

Ölkələr arasında əmək, məşğulluq və sosial müdafiə sahəsində də əlaqələrin daim inkişaf etməkdə olduğu diqqətə çatdırılıb. Hər iki ölkədə sosial müdafiə sahəsində aparılan islahatlar prosesi barədə məlumatlar verilib. Bu sahədə davamlı xarakter alan təcrübə mübadilələrinin xüsusi önəm kəsb etdiyi bildirilib.

Əməkdaşlıq əlaqələrinin qarşıdakı dövrdə də daim genişlənməkdə davam edəcəyinə əminlik ifadə olunub, bu istiqamətdə qarşılıqlı olaraq səylərin göstərildiyi qeyd edilib.

Moldovanın Əmək və Sosial Müdafiə Nazirliyinin dövlət katibi Korina Ajder və həmin ölkənin Milli Sosial Sığorta Kassasının Baş direktoru Yelena Tsıbırne ilə də görüş olub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Moldovanın Əmək və Sosial Müdafiə Nazirliyinin əməkdaşlıq istiqamətləri üzrə 2023-2024-cü illərə dair Fəaliyyət Planı üzrə görülən işlərdən bəhs olunub.

Həmçinin DOST təcrübəsinin Moldovada da tətbiqi ilə bağlı aparılan hazırlıq işləri diqqətə çatdırılıb. Fəaliyyət Planına əsasən bu məqsədlə iki qurum arasında ardıcıl təcrübə mübadilələrinin həyata keçirildiyi vurğulanıb.

Görüşlərdə ikitərəfli əməkdaşlığın genişləndirilməsinə dair fikir mübadilələri aparılıb. 

Diaspora