Sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun olmayan qeyri-etik paylaşımlar və çağırışlar edən şəxslərlə bağlı polis əməkdaşları tərəfindən qanunamüvafiq tədbirlər davam etdirilir.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, tədbirlərlə 1994-cü il təvəllüdlü, “Semka” ləqəbi ilə tanınan Samir Ramazanov saxlanılıb.
Müvafiq qərarla S.Ramazanov 30 sutka inzibati qaydada həbs edilib.