Azərbaycanla Ermənistan arasında danışıqların aparıla biləcəyi ölkənin adı açıqlanıb

Azərbaycanla Ermənistan arasında danışıqların aparıla biləcəyi  ölkənin adı açıqlanıb backend

Qazaxıstan Ermənistan və Azərbaycan arasında sülh sazişinin bağlanması ilə bağlı danışıqlar üçün platforma təqdim etməyə hazırdır.

Qaziler.az TASS-a istinadla xəbər verir ki, bunu İrəvanda səfərdə olan Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Ermənistan hökumətinin başçısı Nikol Paşinyanla görüşündən sonra deyib.  

Onun verdiyi açıqlamaya görə, Astana tərəflərin sülhsevər istəklərini alqışlayır.

“Biz Ermənistan və Azərbaycanın sülh sazişi bağlamaq istəyini alqışlayırıq. Qazaxıstan burada maksimum yardım göstərməyə və iki ölkə arasında danışıqlar üçün öz platformasını təqdim etməyə hazırdır”, - Tokayev bildirib.

QAZİLER.AZ

Diaspora