Akif Çovdarov yenidən hakim qarşısında

Akif Çovdarov yenidən hakim qarşısında backend

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) idarə rəisi olmuş Akif Çovdarovun müsadirə edilmiş əmlaklarını geri qaytarmaq üçün məhkəmə qərarından verdiyi kassasiya şikayəti üzrə məhkəmənin vaxtı məlum olub.

Pravda.az-ın əldə etdiyi məlumata görə, məhkəmənin ilkin hazırlıq iclası aprelin 17-nə təyin edilib.

Şikayət hakim Tahir Kazımovun sədrliyi ilə araşdırılacaq.

Qeyd edək ki, 2022-ci ilin dekabrında Bakı Apellyasiya Məhkəməsi Akif Çovdarovun 30 milyon manatlıq əmlaklarının müsadirədən azad olunaraq sahiblərinə qaytarılması qərarı çıxarıb. Lakin bir müddət sonra Ali Məhkəmə prokurorun protesti əsasında həmin qərarı ləğv edib.

Bakı Apellyasiya Məhkəməsi təkrar baxış zamanı yenidən 30 milyonluq əmlaklarının dövlət nəfinə müsadirəsinə qərar verib. Qərardan narazı qalan Akif Çovdarov Bakı Apellyasiya Məhkəməsinə kassasiya şikayəti verib. Sabiq MTN-çi əmlaklarının yaxınlarına geri qaytarılmasını tələb edir.

Diaspora