Noyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilərə hazırlığın vəziyyəti ilə tanış olmaq üçün Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının (MDB PA) müşahidə missiyasının bir qrup üzvü ötən gün Gəncəyə gəlib.
APA TV-nin qərb bürosunun məlumatına görə, onlar Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyevlə görüşüblər.
Görüşdə Elmar Vəliyev şəhərdə seçkilərə hazırlıqla bağlı görülən işlər barədə məlumat verib. Müşahidə missiyasının üzvləri Andrey Baranov, Dmitri Qladey və Stanislav Tkaçenko çıxış edərək bildiriblər ki, səfərdə məqsəd parlament seçkilərinə hazırlığın vəziyyətini öyrənməkdir. Qrup üzvləri Gəncədə dairə seçki komissiyalarında, həmçinin seçki məntəqələrində olacaqlarını bildiriblər.
MDB PA-nın müşahidəçiləri hər dairədə mandat uğrunda 7-8 namizədin yarışmasını çox müsbət hal kimi qiymətləndiriblər.