Misir Mərdanovun səhhətində problem yarandı, müalicəyə başladı

Misir Mərdanovun səhhətində problem yarandı, müalicəyə başladı backend

Sabiq təhsil naziri Misir Mərdanov səhhətindəki problemlə əlaqədar müalicə almağa başlayıb.

Oxu.Az xəbər verir ki, bu barədə sabiq nazirin özü məlumat verib.

O bildirib ki, bayram tətili ilə bağlı fürsətdən istifadə etməyə çalışıb:

“Bayram günlərində həmkarlar təşkilatının göndərişi ilə sanatoriyada müalicə alıram”.

Qeyd edək ki, Misir Mərdanov hazırda Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun direktoru vəzifəsində çalışır.

Xatırladaq ki, Fizika-riyaziyyat elmləri doktoru, professor M.Mərdanov 1997-1998-ci illərdə Bakı Dövlət Universitetinin rektoru, 1998-2013-cü illərdə isə Azərbaycan Respublikasının təhsil naziri vəzifələrində çalışıb.

Diaspora